"Xalqlar Dostluğu" ticarət mərkəzində ETİRAZ: Onlarla icarədar mağazaları bağladı - VİDEO

"Xalqlar Dostluğu" ticarət mərkəzində ETİRAZ: Onlarla icarədar mağazaları bağladı - VİDEO

Bakıda "Xalqlar Dostluğu" ticarət mərkəzində uzun illərdir çalışan bir qrup icarədar qiymətlərin baha olmasına etiraz edərək mağazalarını bağlayıblar.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə şikayətçilər müraciət edib.

Onlar bildiriblər ki, yarmarka rəhbərliyi icarə qiymətlərində heç bir güzəştə getmədiyi üçün mağaza işlətmək onlara sərf etmir. Onlar həmçinin deyiblər ki, pandemiya vaxtı da onlara güzəşt olunmayıb.

Hazırda 86 icarədarın mövcud qiymətlərdən narazı olduğu deyən şikayətçilər bu məqsədlə mağazaları bağlayaraq işləməkdən imtina ediblər.