Gerasimov Qarabağdakı sülhməramlılardan danışdı

Gerasimov Qarabağdakı sülhməramlılardan danışdı

“Rusiyalı hərbçilər hazırda Qarabağ ərazisində sülhməramlı əməliyyatlar çərçivəsində əsirlərin qaytarılması, infrastruktur layihələrinin həyata keçirilməsi və digər humanitar tapşırıqların həllinə yönəlib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, atəşkəs rejiminə nəzarət və bütün hərbi fəaliyyətlə yanaşı, sülhməramlıların səyləri regionda dinc həyatın bərpa olunmasına yönəlib. O bildirib ki, humanitar məsələlər uğurla həll edilir.

Gerasimov, həmçinin əlavə edib ki, Rusiya Silahlı Qüvvələri Qarabağda sülhməramlı tapşırıqları yerinə yetirməyə davam edirlər. Baş Qərargah rəisi Ağdamda yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini də vurğulayıb.