Mişaya sərhədi keçməyə sabiq məmur kömək edib

Mişaya sərhədi keçməyə sabiq məmur kömək edib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada yaşayan keçmiş yüksək vəzifəli məmurdan kömək aldıqdan sonra dövlət sərhədini keçə bilib.

Axar.az xəbər verir ki, bunu prokuror Levan Vepxvadze deyib.

“Keçirilən istintaq tədbirləri nəticəsində istintaq orqanı Ukrayna ərazisində Saakaşviliyə kimin yardım etdiyini ətraflı müəyyənləşdirib. O, əvvəlki hökumət dövründə təhlükəsizlik departamentinin keçmiş yüksək vəzifəli məmuru olub. Həmin şəxs sərhədi qanunsuz keçmək məsələsində Mixail Saakaşviliyə kömək edib”, - prokuror bildirib.