SOCAR Gürcüstanın 700-dən çox yaşayış məntəqəsini qazla təmin edib

SOCAR Gürcüstanın 700-dən çox yaşayış məntəqəsini qazla təmin edib

Paralel.az gürcü mətbuatına istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi - SOCAR Georgia Gas hazırda 780 mindən çox abonentə xidmət göstərir. Bu barədə şirkətin direktoru Azər Məmmədov məlumat verib.

.Onun sözlərinə görə, şirkət Gürcüstanın 700-dən çox yaşayış məntəqəsini qazla təmin edib və 11 min kilometr uzunluğunda qaz kəməri çəkib.

Maraqlıdır ki, “SOCAR Georgia Gas” Gürcüstanın təbii qaz bazarına 2007-ci ildə daxil olub. Şirkətdə 2000-dən çox işçi çalışır.
Akif Nəsirli