Dövlət Xidməti erməni hakerlərin Azərbaycan Mərkəzi Bankına kiberhücümundan danışıb

Dövlət Xidməti erməni hakerlərin Azərbaycan Mərkəzi Bankına kiberhücümundan danışıb

44 günlük Vətən müharibəsi dövründə ilk kiberhücumlardan biri məhz Azərbaycan Mərkəzi Bankının sistemlərində qeydə alınıb.

Bunu V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

Onun sözlərinə görə, hakerlərin digər hədəfi isə kommersiya banklarının sistemləri olub.

"Hakerlərin növbəti addımı fişinq hücumları olub ki, burada həm banklar, həm də Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi adından "fake" paylaşımlar olub. Bu istiqamətdə vətəndaşlar mütəmadi olaraq məlumatlandırılırdı ki, analoji hücumların qurbanı olmasınlar", - deyə Məmmədov qeyd edib.