Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçiciləri ilə görüşüb (FOTO)

Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçiciləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə deputatı Sevil Mikayılova növbəti dəfə seçiciləri ilə görüşüb.

Trend-in məlumatına görə, mütəmadi olaraq, seçiciləri ilə görüşən millət vəkili bu dəfə Xaçmazda dairənin 4 ərazisi üzrə seçiciləri qəbul edib. Görüşlər Şollar, Ləcət, Yalama, Xanoba kəndlərində təşkil olunub.

Görüşlər zamanı millət vəkili hər bir seçicinin qaldırdığı məsələ ilə ətraflı maraqlanıb, həlli mümkün olan müraciətlərin əksər hissəsi yerindəcə həll olunub, vətəndaşların rastlaşdığı bəzi gündəlik problemlərin həlli üçün onlara mümkün istiqamətlər izah edilib. Kənd sakinləri yararsız yollar, qaz və elektrik enerjisi təchizatı ilə bağlı problemləri, eləcə də digər şəxsi məişət xarakterli müraciətlərini səsləndiriblər. Sakinlər tibb xidmətlərinin yaxşılaşdırılmasının vacib olduğunu xüsusi vurğulayıblar. S.Mikayılova araşdırılması zaman tələb edən digər məsələlərlə bağlı müvafiq addımların atılacağını seçicilərin diqqətinə çatdırıb.

Görüşdə iştirak edən seçicilər daim onların problemlərini diqqətdə saxlayaraq həlli istiqamətində çalışdığı üçün millət vəkilinə təşəkkürlərini ifadə ediblər.