Çeslav Mixneviç: "Emreli "Spartak"ın müdafiəçilərini asanlıqla keçə bilər"

Çeslav Mixneviç: "Emreli "Spartak"ın müdafiəçilərini asanlıqla keçə bilər"

“Düşünürəm ki, “Legiya” səbrlə şanslarını və əks-hücumları gözləyəcək. Hava şəraiti legionerlər üçün üstünlük ola bilər”.

Minval.info-nun məlumatına görə, bu fikirləri Polşa “Legiya”sının sabiq baş məşqçisi Çeslav Mixneviç Varşava təmsilçisinin Rusiyanın “Spartak” (Moskva) klubuna qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu barədə “Legia.net” nəşrinə geniş müsahibəsində deyib.

51 yaşlı mütəxəssis Moskva təmsilçisini daha texnikalı komanda kimi dəyərləndirib. Onun fikrincə, şaxtalı ot örtüyünün vəziyyətinə təsir göstərə bilər: “Həmin vaxt ruslar üzərində üstünlükdən yararlanmaq çətinləşəcək. Mahir Emreliyə verilən uzun ötürmələr “Legiya”nın təhlükəli silahı ola bilər. O, “Spartak”ın ləng mərkəz müdafiəçilərini asanlıqla keçə bilən hücumçudur. Tomaş Pexart oynasa, ondan daha çox cinah ötürmələri gözləyin”.

Qeyd edək ki, bu gün oynanılacaq “Legiya” – “Spartak” görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Varşava təmsilçisi növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır.