YAP-çı deputat Goranboyda vətəndaşları qəbul edib — Fotolar

YAP-çı deputat Goranboyda vətəndaşları qəbul edib — Fotolar

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov karantin qaydalarına əməl edərək Goranboy rayonunda növbəti dəfə vətəndaş qəbulu keçirib.

“Qafqazinfo” xəbər verir ki, qəbuldan öncə ulu öndər Heydər Əliyevin büstü önünə tər güllər qoyulub.

Goranboy rayonu Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon ağsaqqalları və ziyalıları iştirak edib. Hər ay mütəmadi olaraq vətəndaşları qəbul edən deputat onların təklif və şikayətlərini dinləyib. Qəbula gələn vətəndaşlar mənzil-məişət problemləri ilə yanaşı su-kanalizasiya problemləri ilə bağlı müraciətlər də ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb. Qanunvericiliyə uyğun olan bəzi müraciətlər isə həll olunması üçün aidiyyəti orqanlara yönləndirilib.