Təhsil İnstitutu “Azərbaycanın ilkin feodal dövlətləri” mövzusunda vebinar təşkil edəcək

Təhsil İnstitutu “Azərbaycanın ilkin feodal dövlətləri” mövzusunda vebinar təşkil edəcək

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, dekabrın 10-da keçiriləcək növbəti vebinarda “Azərbaycanın ilkin feodal dövlətləri” mövzusu testlər üzərində izah olunacaq. Spiker qismində Sumqayıt şəhər general-mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin tarix müəllimi Aygün Rəhimova çıxış edəcək.

Vebinarın keçirilməsində məqsəd müəllimlərin peşəkar inkişafı və sertifikasiyaya daha effektiv hazırlığı üçün testlər üzərindən tapşırığın məzmun sahəsinin və aid olduğu səriştənin təyin edilməsidir. Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.