Aşıq Ələsgərin nəvəsinin təklifinə metropolitendən REAKSİYA

Aşıq Ələsgərin nəvəsinin təklifinə metropolitendən REAKSİYA

Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli Bakı Metropoliteninin stansiyalarından birinə Aşıq Ələsgərin adını vermək təklifilə çıxış edib. X.Ələsgərli Modern.az-a deyib ki, “Metronun “Gənclik”, “Ulduz”, “Dərnəgül” kimi stansiyalarının adları Aşıq Ələsgər adından önəmli və böyük deyil”.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a açıqlamasında təklifə münasibət bildirib.

Qurum rəsmisi deyib ki, bu, Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir:

“Biz icraçı qurumuq. Bakı Metropolitenin stansiyalarına adların verilməsi Nazirlər Kabinetinin ixtiyarında olan məsələdir”.