Tiflis “3+3” platformasından rəsmən imtina etdi

Tiflis “3+3” platformasından rəsmən imtina etdi

Gürcüstan Cənubi Qafqazda nizamlanma üzrə “3+3” regional platformasının ilk iclasında iştirak etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz bu formatda iştirak etməyi düşünmürük və buna görə də Gürcüstan dekabrın 10-na planlaşdırılan görüşdə təmsil olunmayacaq”, - nazirliyin bəyanatında deyilir.

Qeyd edək ki, Cənubi Qafqazda nizamlanma üzrə “3+3” regional platformasının ilk iclası sabah Moskvada keçiriləcək. Ölkəmizi bu görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.