“Beşiktaş” ulduz futbolçusunu göndərir

“Beşiktaş” ulduz futbolçusunu göndərir
Depozit faizini öncədən al!

"Beşiktaş" yarımmüdafiəçisi Miralem Pyaniçlə yollarını ayıracaq.

Day.Az APA-ya istinadən bildirir ki, Türkiyə klubu ulduz futbolçunu müqavilə ilə məxsus olduğu "Barselona"ya qaytaracaq.

Yayda icarəyə götürülən Bosniya və Herseqovina millisinin üzvü tez-tez zədə problemi yaşadığı üçün "ağ-qaralar"a lazımi köməyi göstərməyib. İstanbul klubu qış fasiləsində icarə müqaviləsinə xitam vermək niyyətindədir.

Qeyd edək ki, Miralem Pyaniç "Beşiktaş"ın heyətində keçirdiyi 11 oyunda 4 məhsuldar ötürmə verib.