'Formula 1'də bu mövsüm pilotların komandalarına verdikləri maddi zərərlər açıqlandı

'Formula 1'də bu mövsüm pilotların komandalarına verdikləri maddi zərərlər açıqlandı

"Formula 1" artıq final mərhələsinə qədəm qoyub və çempionatda kimin xoşbəxt sonluğa çatacağını bu həftəsonu keçiriləcək Əbu-Dabi Qran Prisi müəyyən edəcək.
Qaynarinfo xəbər verir ki, tarixi yarışdan əvvəl pilotların qəzalardan sonra komandaların verdikləri maddi zərərlər bəlli olub.
Bütün sürücülər mövsüm boyu insidentlərə və qəzalara məruz qalıblar. Lakin komandalarını ən az xərcə salanlar "Alpine"nin pilotları Fernando Alonso və Esteban Okon olub. "Haas" üçün yarışan, əfsanəvi pilot Mixael Şumaxerin oğlu Mik Şumaxer isə keçirdiyi qəzalara görə komandasını ən çox xərcə salan pilot olub. Şumaxer hazırda 4,9 milyon dollarlıq göstərici ilə birinci yerdədir.
Əbu-Dabi Qran Prisindən əvvəl pilotların komandalarına verdiyi maddi zərərlər cədvəli aşağıdakı kimidir:
1. Mik Şumaxer 4.949 milyon dollar 2. Çarles Lekler 4,578 milyon dollar 3. Maks Verstappen 4.396 milyon dollar 4. Valtteri Bottas 3.266 milyon dollar 5. Lans Stroll 3.215 milyon dollar 6. Yuki Tsunoda 3.129 milyon dollar 7. Nikita Mazepin 2.798 milyon dollar 8. Nikolas Latifi 2.709 milyon dollar 9. Corc Russell 2.082 milyon dollar 10. Karlos Sainz 2.058 milyon dollar 11. Lando Norris 1.937 milyon dollar 12. Luis Hemilton 1.391 milyon dollar 13. Pyer Qasli 1,327 milyon dollar 14. Serxio Peres 1.059 milyon dollar 15. Antonio Covinazzi 964.min dollar 16. Kimi Raykkönen 948 min dollar 17. Daniel Riçiardio 803 min dollar 18. Sebastian Fettel 745 min dollar 19. Fernando Alonso 497 min dollar 20. Esteban Okon 370 min dollar
Bu mövsümdə sürücülər "Formula 1"də müxtəlif qəzalar törədiblər. Xüsusən də Maks Verstappenlə Luis Hemiltonun Monzada toqquşması il boyu gündəmdə olub. Hadisə İtaliya Qran Prisi zamanı verib. Hadisənin necə baş verməsinə gəlincə, Hemilton 26-cı dövrədə trekdən çıxdıqdan sonra yolun sonunda yenidən Verstappenlə bir araya gəlib. Həmin vaxt Verstappen Hemiltonun sol tərəfindən döngədən dönməyə çalışarkən idarə etdiyi maşın bordürə çırpılıb. Təkərlər təmasa keçən kimi Verstappenin maşını havaya qalxıb və Hemiltonun bolidinin üstünə düşüb. Hadisədən sonra hər iki sürücü yarışdan kənarda qalıb. Böyük panika və qorxu içində izlənilən o anlardan sonra hər iki pilotun vəziyyətinin yaxşı olduğu açıqlanıb. Fəlakətə bənzər qəzada Hemiltonu ölümdən "Formula 1" avtomobillərində quraşdırılan 10 tona qədər güc udmaq qabiliyyətinə malik salto halqası və halo texnologiyası xilas edib.
Səbuhi Həsənov