Türkiyə ordusunun hərbçisi həlak oldu — Foto

Türkiyə ordusunun hərbçisi həlak oldu — Foto

Türkiyə ordusunun hərbçisi şəhid olub.

“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, “Bahar Qalxanı” əməliyyat bölgəsində yol təhlükəsizliyinə cavabdeh olan Emre Ceylan əməliyyatdan qayıdarkən hündürlükdən yıxılaraq ağır yaralanıb.

Xəstəxanaya çatdırılan hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

Emre Ceylanın 1 il 5 aydır ki, nişanlı olduğu məlum olub.