Helikopter qəzasında ölən bu şəhidimizi siz də tanıyın - FOTO

Helikopter qəzasında ölən bu şəhidimizi siz də tanıyın - FOTO

Helikopter qəzasında ölən bu şəhidimizi siz də tanıyın - FOTO

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin "Mi-17" tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, 14 nəfər şəhid olub, iki nəfər yaralanıb.

Sonxeber.az-ın məlumatına görə, şəhid olanlar içərisində kapitan Qaraisayev Teymur Ənvər oğlu da olub. Rabitə rəisi olan Teymur 20 aprel 1983-cü il tarixində Qərbi Azərbaycanda anadan olub. Ondan yadigar iki körpə balası qalıb.

Qəza nəticəsində şəhid olanlar:

1.Polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2.Polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
3.Mayor Həsənov Elmir Mircəlil oğlu;
4.Mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5.Mayor Mayılov Emil Şahid oğlu;
6.Mayor Məmmədov Murad Yaşar oğlu;
7.Mayor Əliyev Emil Elman oğlu;
8.Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9.Kapitan Bayramlı Cavid Əhliman oğlu;
10.Kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11.Kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12.Leytenant Süleymanov Abdulla Telman oğlu;
13.Baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14.İşçi Nəbiyev Elçin Fikrət oğlu.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin bildirdiyinə görə, hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

Şəhidimiz kapitan Qaraisayev Teymurun fotolarını təqdim edirik:

BiG.Az

Kurslar.az kurslar