Barra kabusu davam edir: Saatda 120 kilometr sürətlə irəliləyir - VİDEO

Barra kabusu davam edir: Saatda 120 kilometr sürətlə irəliləyir - VİDEO

İrlandiyada Barra fırtınası davam edir.

Metbuat.az xəbər verir ki, şiddətli külək və yağışla müşahidə olunan fırtına nəticəsində 200 mindən çox evə elektrik enerjisinin verilməsi dayanıb. Məlumata görə, ölkənin şərq və qərb bölgələrini təsiri altında alan təbii fəlakət, dağıntılara səbəb olub. Hazırda bölgədə küləyin sürəti saatda 120 kilometrdir.

Fırtına səbəbilə bölgəyə təcili yardım qrupları göndərilib. Əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir.