"Optimal Elektronika" istiqrazlarına 6 investor 6 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ

"Optimal Elektronika" istiqrazlarına 6 investor 6 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ

9 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında "Optimal Elektronika" MMC-nin tədavül müddəti 18 (on səkkiz) təqvim ayı olan AZ2002023599 dövlət qeydiyyat nömrəli, 2 milyon 500 min manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Birjadan Marja.az-a daxil olan məlumatda bildirilir ki, hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon 500 min manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2 milyon 500 min manat təşkil edib.

İstiqrazın illik faiz dərəcəsi 12 %, faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir.

İstiqrazların ödəmə tarixi 5 iyun 2023-cü ildir.

Yerləşdirmə üzrə anderrayter "AzFinance İnvestisiya Şirkəti” QSC-dir.