Penitensiar Xidmət MTN generalın ölümü ilə bağlı MƏLUMAT YAYDI

Penitensiar Xidmət MTN generalın ölümü ilə bağlı MƏLUMAT YAYDI

Ədliyyə Nazirliyi Penitensiar xidmət məlumat yayıb.

Təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Zakir İsmayılovun cəzaçəkmə müəssisəsində vəfatı barədə yayılmış məlumatla bağlı kütləvi informasiya vasitələrinin sorğularına cavab olaraq Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilmişdir.

Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Z.İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə almışdır.

Lakin aparılan tibbi tədbirlərə baxmayaraq, o, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat etmişdir.