"Qarabağ" Rumıniya klubu ilə heç-heçə etdi

"Qarabağ" Rumıniya klubu ilə heç-heçə etdi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" komandası ilk yoxlama matçına çıxıb.

Axar.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının lideri Rumıniya "Qaz Metan"ı ilə görüşüb.

Oyun qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ" növbəti matçını yanvarın 21-də Polşanın "Şlyonsk" (Vrotslav) komandasına qarşı keçirəcək.