Təhsil işçiləri və valideynlərdən Məleykə Abbaszadəyə açıq məktub

Təhsil işçiləri və valideynlərdən Məleykə Abbaszadəyə açıq məktub

200-dən artıq təhsil işçisi və valideyn Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadəyə açıq məktub ünvanlayıb. Arqument.az həmin açıq məktubu olduğu kimi ictimiayyətə təqdim edir: "Dövlət İmtahan Mərkəzinin sədri, çox hörmətli Məleykə xanım Abbaszadə! DİM-in sosial şəbəkələrdə – daha dəqiq desək, rəsmi Facebook səhifəsində etdiyi son açıqlama, yəni 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının mart, 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının isə aprel ayında keçirilməsi həm valideynlər, həm müəllimlər, həm də şagirdlər arasında heç də birmənalı qarşılanmadı. Bu səbəblərdən çıxış edərək bildirmək istəyirik ki, verilən qərar düzgün deyil və ictimaiyyət tərəfindən kəskin etirazlara səbəb olub. Əvvəlcə həmin şərhi tədqim edir, sonra isə etiraza səbəb olan amillərin bir neçəsini diqqətinizə çatdırmaq istəyirik: "Öz kütləvi xaraketeri ilə seçilən buraxılış imtahanları barədə onu deyə bilərik ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur. Tədris proqramlarına görə, xarici dil fənni üzrə 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur. Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər. Cari dərs ilində buraxılış imtahanlarının ikinci yarımilin ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə tədrisi həmin dövrə təsadüf edən mövzular proqrama salınmayıb”. Bu açıqlama ilə bağlı bir neçə çatışmayan məqamı qeyd edirik: 1. DİM müstəqil qurum olmasına baxmayaraq, orta məktəblərdə keçirilən imtahanlarda Təhsil Nazirliyinin tədris planlarına uyğun şəkildə hərəkət etməlidir. Çünki keçirilən imtahanın adı "Buraxılış imtahanı” dır. Buraxılış imtahanı isə şagirdin 11 il və 9 il ərzində öyrəndikləri bilik və bacarıqların yoxlanılması yönündə təşkil olunmalıdır. Əgər şagird məktəb kursunu tam şəkildə bitirməyibsə, heç bir qurum şagirddən bu imtahanı götürə bilməz. Bu heç bir qanunla təsbit olunmayıb. 2. DİM-in qəbul imtahanının 1-ci mərhələsi üçün keçirdiyi imtahan məktəb şagirdlərinə aiddir. Məktəb proqramında isə hər dərs ilinin sonunda bütün fənlər üzrə təkrar saatlara vaxt ayrılır ki, həmin saatlarda şagirdlər il boyu mənimsədiklərini daha da möhkəmlətsinlər. Əgər dərs ilinin başa çatmasına üç ay yarım qalmış belə bir imtahan keçirilirsə, bu zaman şagirdlərin hüquqları tapdalanır. Çünki onlar proqramı təkrar etmədən birbaşa imtahana daxil olurlar. Bu isə olduqca mühim faktordur. 3. DİM bu cür imtahanları ilin istənilən vaxtı əvvəlki illərin məzunları ilə keçirə bilər, qalan şagirdlər bu imtahana onlar üçün uyğun olmayan vaxtda cəlb edilməməlidirlər. 4. Son dövrlərdə baş verən hadisələr, xəstəliklərin artması, pandemiyanın tüğyan etməsi, onsuz da gərgin olan insanların psixoloji vəziyyətini pik həddə çatdırmışdır. Həm müəllimlər, həm şagirdlər güclü stress içərisindədirlər. Mövsümi xəstəliklərin artması şagirdlərin təhsilində fasilələr yaratdığından, sözsüz ki, mənimsəmə də aşağı düşmüşdür. Belə bir vaxtda imtahanların keçirilməsi haqqında verilən bu məlumat yenidən böyük bir tutuma malik olan gənclərin psixoloji cəhətdən yüklənərək gərginləşməsinə səbəb olacaq. Nəticədə isə imtahanda yaxşı nəticə göstərməyən şagirdlər başqa yollara əl ataraq bu stressli vəziyyətdən canlarını qurtarmaq istəyəcəklər. Bu, indiki vəziyyətdə bizə lazım deyil. Ümumiyyətlə, heç bir hal və vəziyyətdə lazım deyil. 5. "Martda imtahanlar keçiriləcək” deyən qurum bu günə qədər proqram materiallarını elan etməyib. Hər il dəyişiklik edilən proqramdan şagirdlərin xəbəri yoxdur. Proqram materialları ən azı 5-6 ay əvvəl dərc olunmalıdır. Proqram , ən yaxşı halda, yanvar ayının ortaları dərc olunacaqsa, imtahan da mart ayının əvvəlinə təsadüf edəcəksə, belə çıxır ki, 11-ci sinif şagirdinə proqram üzrə hazırlaşmağa cəmi 1 ay yarım vaxt verilir. Bu çox böyük bir amil və eyni zamanda da, imtahanların təşkili məsələsində dərin bir boşluqdur. DİM imtahanların vaxt cədvəlini yuxarıda deyilənləri nəzərə almaqla dəyişdirməli, gələcəyimiz olan gənclərin taleyi ilə, hissləri ilə, onsuz da gərgin olan psixologiyası ilə oynamamalıdır. Yuxarıda qeyd edilən həssas məqamları nəzərə alacağınıza səmimi qəlbdən inanır və sizə etibar edirik. Yekun olaraq, tələb edirik ki, imtahanlar məktəbdə tədris başa çatandan sonra keçirilsin". Müraciəti aşağıdakı şəxslər imzalayıblar: 1. Ülviyyə Əliyeva – 161 nömrəli tam orta məktəb 2. Aynurə İsmayılova – 37 nömrəli tam orta məktəb 3. Gülyaz Əliyeva – 38 nömrəli tam orta məktəb 4. Nərmin Rəsulova – Kəlbəcər rayonu 17 nömrəli tam orta məktəb 5. Kəmalə Dadaşova – Quba rayon II Nügədi kənd 2 saylı tam orta məktəb 6. Zülfinaz Qurbanova – 149 nömrəli Ağdam rayon məktəbi 7. Günel Hüseynova – Kaspi Ağ şəhər liseyi 8. Emel Talıbova – 147 nömrəli Texniki-humanitar lisey 9. Şəfəq Şirəliyeva – Kürdəmir rayon 3 saylı tam orta məktəb 10. Səadət İsmayılova – Gəncə şəhəri, təqaüddə olan müəllim 11. Kəmalə Hacıyeva – Kəlbəcər rayon 106 nömrəli tam orta məktəb 12. Təhminə Əsgərli – S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya 13. Ləman Salamzadə – Oğuz rayonu Tayıflı kənd tam orta məktəbi 14. İradə Abdulova – 322 saylı tam orta məktəb 15. Ceyran Həsənova – S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası 16. Ülviyyə Əsədova – Lənkəran şəhər 6 nömrəli məktəb-lisey 17. Sənubər Kərimova – Kurs müəllimi (valideyn) 18. Günel Məmmədova – Ağdam rayon 139 nömrəli tam orta məktəb 19. Bəturə Səməd – Qobustan rayonu 1 saylı tam orta məktəb 20. Günel Məmmədova – Nefçala şəhər humanitar təmayüllü "Muğan" 21. Şəhla Qurbanova – Sumqayıt şəhər 31 nömrəli tam orta məktəb 22. İradə Nəbiyeva – Bakı Slavyan Universitetinin nəzdində olan Lisey kompleksi 23. Ülviyyə Nəbiyeva – Quba rayonu, Qaraçay qəsəbə tam orta məktəbi 24. Şəfəq Nağıyeva – Xırdalan şəhər 10 saylı tam orta məktəb 25. Nərmin Rəsulova – Kəlbəcər rayonu 17 nömrəli orta məktəb 26. Aynur Ələkbərova – Kəlbəcər rayonu 36 nömrəli tam orta məktəb 27. Ramilə Hüseynzadə – 271 nömrəli tam orta məktəb 28. Səmra Mustafayeva – Qax Rayon Marsan kənd tam orta məktəbi 29. Azadə Səmədova – Hacıqabul rayonu 3 saylı tam orta məktəb 30. Rüfət Qüdrət oğlu – 20 nömrəli tam orta məktəb 31. Tamilla Əliyeva – 262 nömrəli tam orta məktəb 32. Eyvaz Eyvazlı – Kəlbəcər rayonu 32 nömrəli tam orta məktəb 33. İsmayıl Hüseynov – Repetitor, kurs müəllimi 34. Elnarə Həsənova – Tovuz rayonu, Əlimərdanlı Kənd orta məktəbi 35. Fidan Məmmədova – Masallı rayonu Miyankü kənd məktəbi 36. Xuraman Qurbanova – Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəb 37. Vəfa İbrahimli – Qəbələ şəhər 4 nömrəli tam orta məktəb 38. Dilarə Qazıyeva – Göygöl şəhəri, İ.Hüseynov adına 1 nömrəli tam orta məktəb 39. Bayraməli İmanov – Masallı rayonu Miyankü kənd məktəbi 40. Sevinc Mustafayeva – Göygöl şəhər 1 nömrəli tam orta məktəb 41. Könül Abdullayeva – M.Şeyxzadə adına THT təmayüllü gimnaziya 42. Gülü Əliyeva – Naxçıvan şəhəri 8 nömrəli tam orta məktəb 43. Sakitə Qulamova – Masallı rayonu E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbi 44. Aynur İbrahimova – Quba şəhər Texniki təmayüllü lisey 45. Kənan Haşımov – Masallı rayonu Qəriblər kənd tam orta məktəbi 46. Aybəniz Zeynalova – Ağdam rayon məktəbi 47. Namiq Allahverdiyev – Qəbələ rayon Daşca kənd tam orta məktəbi 48. Şölə Məmmədova – Masallı rayonu 3 saylı tam orta məktəb 49. Samirə Əlizadə – Bakı şəhəri, Hədəf kursları 50. Nuriyyə Quliyeva – 2 nömrəli Texniki-Humanitar lisey 51. Səbuhi Abdullayev – Ağdaş rayonu Ləki qəsəbə 6 saylı tam orta məktəb 52. Şəhla Abbasova – Bakı şəhər 144 nömrəli tam orta məktəb 53. Günel Əliyeva – Elşad Ağayev adına Hişkədərə məktəbi. Fizika müəllimi və valideyn 54. İlhamə Abdurahmanova – Sabunçu rayonu 80 nömrəli tam orta məktəb 55. Məlahət Məmmədova – Lənkəran rayonu C.Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbi 56. Könül Əhmədova – Xətai rayon 245 nömrəli tam orta məktəb 57. Murad Mehdiyev – Salyan rayonu Yenikənd tam orta məktəbi 58. Xəqani Şirməmmədov – Mübariz İbrahimov adına Biləsuvar liseyi 59. Fəridə Dostuyeva – Mehrab Niftəliyev adına Quba şəhər Texniki Təmayüllü lisey 60. İlhamə Allahverdiyeva – Cəbrayıl rayonu Əmirvarlı tam orta məktəb 61. Anar İbadov – Lerik rayonu Şonayçola kənd ümumi orta məktəbi 62. Əsmər Mirzəyeva – Quba rayonu 1-ci Nügədi 1 nömrəli tam orta məktəb 63. Xəyalə Əhmədova – 328 nömrəli tam orta məktəb 64. Sürəyya Allahverdiyeva – Təqaüddə olan müəllim, eyni zamanda, valideyn 65. Zümrüd Məmmədzadə – Quba şəhər H.Əliyev aadın 1 saylı tam orta məktəb 66. Nazilə Məmmədova – 89 nömrəli tam orta məktəb 67. Mələk Səmədli – 161 nömrəli tam orta məktəb 68. Aysel Vəliyeva – Xəzər rayon 218 nömrəli tam orta məktəb 69. İlahə Mirzəyeva – 253 nömrəli tam orta məktəb 70. Vüsalə Mikayılova – Balakən rayonu Acılıqbinə kənd ümumi orta məktəbi 71. Elnarə İbrahimova – Elitar gimnaziya 72. Bəhruz Davudov – Şəki rayonu, Kiş kəndi 4 nömrəli məktəb 73. Arzu Çobanova – Sumqayıt şəhəri 17 nömrəli tam orta məktəb 74. Eşqin Abdullayev – 331 nömrəli tam orta məktəb 75. Könül Hüseynova – Mingəçevir şəhər 1 nömrəli tam orta məktəb 76. Könül Aydın – Mingəçevir şəhəri 19 nömrəli tam orta məktəb 77. Gülnar Həsənova – Repetitor, kurs müəllimi 78. Əsədova Məhluqə – 46 nömrəli Laçın məktəbi 79. Alıyeva Aləmzar – 46 nömrəli Laçın məktəbi 80. Kəmalə Dadaşova – II Nügedi kənd 2 saylı tam orta məktəb 81. Südabə İsmayılova – 49 saylı İntellekt məktəb-lisey 82. Günel Atakişiyeva – II Nügedi kənd 3 nömrəli orta məktəb dərs hissə müdiri 83. Sitarə Kazımova – Mirzəqışlaq kənd tam orta məktəbi 84. Əsədova Ülviyyə – Lənkəran şəhər 6 saylı məktəb 85. Rzayevə Çiçək – Lənkəran şəhər 6 saylı məktəb 86. Hüseynova Yasəmən – Lənkəran şəhər 6 saylı məktəb 87. Bağırova Sevda – Lənkəran şəhər 6 saylı məktəb 88. Abasova Gülarə – Lənkəran şəhər 6 saylı məktəb 89. Məmmədova Aynur – Lənkəran şəhər 6 saylı məktəb 90. Şərifova Xədicə – Lənkəran şəhər 6 saylı məktəb 91. Məmmədov Cabir – Lənkəran şəhər 6 saylı məktəb 92. Cəlilova Arzu – Lənkəran şəhər 6 saylı məktəb 93. Axundova Samirə – Lənkəran şəhəri 3 nömrəli tam orta məktəb 94. Abdullayevə Təranə – Lənkəran şəhər 6 saylı məktəb 95. Sevda Qurbanova – Pirvahid kənd tam orta məktəbi 96. Şəhla Soltanova – Tusi hazırlıq mərkəzi 97. Namiq Ağayev – 326 nömrəli tam orta məktəb 98. Əfsanə Qasımova – Şəmkir şəhəri, Ə.Cavad adına tam orta məktəb 99. Surac Bəşirov – Ağdam 15 nömrəli orta məktəb 100. Paşa İsmayılov – 72 nömrəli məktəb-lisey 101. Nübar Əlimuradova– Quba şəhəri, Hacıbaba Əliyeva adına 1 nömrəli tam orta məktəb 102. Afaq Yusifli– Gəncə Dövlət Universiteti 103. Seyfəddin Əhmədov – Xocalı şəhər 3 nömrəli tam orta məktəb 104. Nabat Həsənova – Sumqayıt Dünya məktəbi 105. Musayeva Şəbnəm – Repetitor 106. Sərvər Sərvərov – Ağdam şəhəri, I Sarıcalı tam orta məktəb 107. Allahverdiyeva Aygün – Şuşa rayon 8 nömrəli məktəb 108. Kərimova Vüsalə – Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəb 109. Tağıyeva Xuraman – Sumqayıt şəhəri 24 nömrəli tam orta məktəb 110. Allahverdiyeva Könül – 271 nömrəli tam orta məktəb 111. Vəliyev Rəşad – 161 nömrəli tam orta məktəb 112. Şamxallı Lalə – 161 nömrəli tam orta məktəb 113. Abdullayeva Züleyxa – 161 nömrəli tam orta məktəb 114. Rzazadə Nuranə – 161 nömrəli tam orta məktəb 115. Sadiqova Nərgiz Əlimövsum qızı – Mingəçevir şəhəri 19 saylı tam orta məktəb 116. Ömərova Raidə Mərdan qızı – Mingəçevir şəhəri 19 saylı tam orta məktəb 117. Səfərova Kəmalə Möhübbət qızı – Mingəçevir şəhəri 19 saylı tam orta məktəb 118. Əhmədova Lütfiyyə Nəsrəddin qızı – 13 nömrəli məktəb 119. Məmmədova Şəfəq – Biləsuvar rayonu Xırmandalı kənd 1 saylı orta məktəb 120. Xəyal Novruzov – Laçın rayonu Nurəddin kənd tam orta məktəbi 121. Nabat Abdullayeva – 169 saylı məktəb 122. İbişli İlkin – Ağcabədi rayon Qaravəlli kənd tam orta məktəb saylı tam orta məktəb 123. Əsgərova Esmira Ziyad qızı – Göygöl şəhəri 5 saylı tam orta məktəb 124. Günel Zamanlı – Sumqayıt şəhəri 31 saylı tam orta məktəb 125. Əfqan Hüseynov – Beyləqan rayonu Qaradağlış kənd tam orta məktəb 126. Sürəyya – Zaqatala rayonu R.Şabanova adına Aşağı Tala kənd 3 nömrəli məktəb 127. Quliyeva Səadət – Cəlilabad şəhər 8 nömrəli məktəb 128. Murtuzlu Günay – Cəlilabad şəhər 8 nömrəli məktəb 129. Ağayeva Şəhla – Cəlilabad şəhər 1 nömrəli məktəb 130. İbrahimova Vəsilə – 158 nömrəli məktəb 131. Vüsalə Muxtarqızı – Azəri hazırlıq kursu 132. Kamil Bəşirov – Zərdab rayonu Məlikli kənd tam orta məktəb 133. Allahverdiya Rəşidə Beyləqan rayonu Ə. Rüstəmov adına 1-ci Şahsevən kənd 2 nömrəli tam orta məktəb 134. Ələsgərova Ülviyyə – 257 nömrəli tam orta məktəb 135. Hacıyeva Sevinc – Nərimanov rayonu 212 nömrəli məktəb 136. Babayeva Çinarə – 9 nömrəli internat məktəbi 137. Məmmədova Rəsmiyyə – Xətai rayonu 221 nömrəli məktəb 138. Kazımlı Zöhrə – 179 saylı tam orta məktəb 139. Novruzov Rahil – Kəlbəcər rayonu 37 saylı tam orta məktəb 140. Şahbazova Könül Nurəddin qızı – Gənc İstedadlar liseyi 141. Hüseynova Yaqut Hacıbala qızı – Gənc İstedadlar liseyi 142. Tağıyevə Aynur – Valideyn 143. Məmmədova Xəyalə – Valideyn 144. Əkbərov Teymur – Valideyn 145. Abışova Aynur –Valideyn 146. Əliyev Azər – Valideyn 147. Məcnunova Məlahət – Valideyn 148. Məmmədova Svetlana – Valideyn 149. Sultanova İlahə – Valideyn 150. Ağasıyev Rəşid – Valideyn 151. Abidova Gülnur – Valdeyn 152. Əliyev Barat – Valideyn 153. Fərzullayeva Gülər – Valideyn 154. İsgəndərov Səbuhi – Valideyn 155. İsayeva Cəmilə – Valideyn 156. Əkbərov Elman – Valideyn 157. Niftəliyeva Gülmirə – Valideyn 158. İbiyeva Aynurə – Valideyn 159. İbiyev Kamran – Valideyn 160. İsmayılova Zeynəb – Valideyn 161. Məmişov Natiq – Valideyn 162. Məmişova Aynurə – Valideyn 163. Gəncəliyeva Elnarə – Valideyn 164. Vəliyev Həsən – Valideyn 165. Vəliyeva Çinarə – Valideyn 166. Seyidəliyeva Fəridə – Valideyn 167. İldırımova Xəyalə – Valideyn 168. Rəfiyeva Gülnar – Valideyn 169. Əlihüseynova Aynurə – Valideyn 170. Hüseynova Kəmalə – Valideyn 171. Orucova Fəxriyyə – Valideyn 172. İldırımov Vüqar – Valideyn 173. İsmayılova Esmira – Valideyn 174. Zamanova Tərlan – Valideyn 175. Hüseynova Vəfa – Valideyn 176. Niftəliyeva İman qızı – Valideyn 177. Arzu Hacıyeva – Valideyn 178. Flora Əliyeva – Valideyn 179. Abdullayeva Raminə Alik qızı – Valideyn 180. Mirzəyeva Xatirə Qərib qızı – Valideyn 181. Rzayava Mafirət Cəmaləddin qızı – Valideyn 182. Həbibova Aynur Nüsrəddin qızı – Valideyn 183. Mirzəyeva Süsən Qarabala qızı – Valideyn 184. Nəsirov Ümid Elşən oğlu – Valideyn 185. Şirinova Vüsalə Ömərpaşa – Valideyn 186. Səfərova Simusər Məmməgəli qızı – Valideyn 187. Hacıbabayev Mahir Məmmədəli oğlu – Valideyn 188. Talıbova Xatirə Məmmədşah – Valideyn 189. Elmir Şirinov – Valideyn 190. İlham Şərifov – Valideyn 191. Xəlilov Firudin – Valideyn 192. Xəlilova Pərvanə – Valideyn 193. Balayeva Natəvan – Valideyn 194. Məmmədova Kifayət – Valideyn 195. Qurbanov Asif – Valideyn 196. Əlihüseynov İlham – Valideyn 197. Seyidquliyev Namiq – Valideyn 198. Seyidquliyeva İlhamə – Valideyn 199. Qurbanova Könül – Valideyn 200. Qurbanov Samir – Valideyn 201. Eyyubov Azər – Valideyn 202. Şəyəldiyev Qənahət – Valideyn 203. Rəfiyeva Gülnar – Valideyn 204. İsgəndərov Siruz – Valideyn 205. Qurbanova Yeganə – Valideyn 206. İsgəndərova Zəminə – Valideyn 207. Allahverdiyeva Vüsalə – Valideyn 208. İftixar Hüseynzadə – Masallı rayonu,Türkoba kəndi. Valideyn 209. Şirinova Aynurə – Valideyn 210. Şərifova Xəyalə – Valideyn 211. Cəfərov Şahin – Valideyn 212. Cəfərova Nuranə – Valideyn