#heçbilirdinizmi? həştəqi altında təqdim olunan videoçarxda anlaqsızlıq anlayışı barədə məlumat verilib

#heçbilirdinizmi? həştəqi altında təqdim olunan videoçarxda anlaqsızlıq anlayışı barədə məlumat verilib

Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı Baş Prokurorluğun mətbuat xidməti tərəfindən maarifləndirici videoçarxların hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunması işi davam etdirilir.

Bu həştəq altında təqdim edilən növbəti videoçarxda “Heç bilirdinizmi anlaqsızlıq nədir?” mövzusu ilə bağlı cinayət qanunvericiliyinin tələbləri vətəndaşlara izah edilib.

Videoçarxı Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən və veb-saytından da izləmək mümkündür.