Küveytin ən iri neft emalı zavodunda yanğın

Küveytin ən iri neft emalı zavodunda yanğın

Küveytin ən böyük neft emalı zavodunda yanğın qeydə alınıb. Bu barədə ölkənin Milli Neft Korporasiyası tviter səhifəsində bildirib.

Hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Yeddi nəfər xəstəxanaya çatdırılıb, onlardan beşinə ağır, ikisinə isə orta dərəcəli yanıq xəsarətləri diaqnozları qoyulub.

Yanğın təmir işləri aparılan zaman baş verib.