Qurban Qurbanov: 'Komanda yaxşı görünməyə özünü məcbur etməlidir'

Qurban Qurbanov: 'Komanda yaxşı görünməyə özünü məcbur etməlidir'

Antalyada təlim-məşq toplanışlarını davam etdirən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Rumıniya təmsilçisi "Qaz-Metan"la keçirdikləri yoldaşlıq görüşündən sonra fikirlərini bildirib.
Qaynarinfo xəbər verir ki, mütəxəssis 0:0 hesabı ilə bitən matçla bağlı bunları söyləyib:
"Oyunda istədiklərimizin hamısını görə bilməzdim. Həm fiziki, həm texniki, həm də taktiki cəhətdən komanda hazır deyildi. Düzü, bəzi oyunçulardan ehtiyatlanırdım. Çünki hazırlıqlarında fərq vardı. İkinci hissədə hətta Rüstəm də 22 dəqiqə oynadı. Çatışmayan çox şeylər vardı. Bu oyunda çox şeylər vardı. Dinamika, sürət, mövqe oyunununda çatışmayanşeylər çox idi. Bu oyun daha çox yükləmə xarakterli idi. Çünki yanvardan bəri bütün meydan boyu oynadığımız ilk matç idi. Hər bir halda futbolçuların düşünmələri bizi razı saldı. Düzgün etmək istəyirdilər, bəzi texniki səhvlər olurdu.
Demək olar oyundan razı qaldım. Bəzi qərarlarda həqiqətən gecikmələr vardı. Həm hücum, həm müdafiə xəttində bir neçə kobud səhvlərimiz oldu. Əlbəttə, bunu başa düşürük. İnşallah növbəti oyuna bir həftə vaxtımız var. Buna qədər komanda yaxşı görünməyə özünü məcbur etməlidir. İnşallah bunu tezliklə yoluna qoyacağıq".
Səbuhi Həsənov