Şanslarımız hələ tükənməyib - Millimizin məşqçisi

Şanslarımız hələ tükənməyib - Millimizin məşqçisi

Vacib oyunda uduzsaq da, şanslarımız hələ tükənməyib, qarşıda daha 2 matçımız var.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının final mərhələsində İspaniya yığmasına qarşı keçirəcəkləri D qrupunun II tur matçından öncə mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis Gürcüstana uduzduqları ilk oyundakı səhvlərin üzərində işlədiklərini bildirib: "Oyunçularla psixoloji söhbətlər etmişik. Sonadək mübarizə aparacağıq. Əlbəttə, hər şey bizdən asılı deyil. Gürcüstan - Bosniya və Herseqovina matçının nəticəsi də vacibdir. Gürcülər qalib gəlsə, bizim üçün çətin olacaq".

Qeyd edək ki, yanvarın 26-da keçiriləcək İspaniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.