Emreli bizim oyunçudur, şikayət etmək istəmirəm - Vukoviç

Emreli bizim oyunçudur, şikayət etmək istəmirəm - Vukoviç

Emreli hələ də bizim oyunçumuzdur və müqaviləmiz olan futbolçular siyahısındadır. Başa düşməlisiniz ki, belə vəziyyətdə çox oyunçu cəlb etmək asan deyil. Amma heyətimizə baxanda panikaya düşmürəm.

Axar.az xəbər verir ki, bunu “Legiya”nın baş məşqçisi Aleksandr Vukoviç millimizin üzvü Mahir Emreli ilə bağlı danışarkən deyib.

"Pekhart, Lopes, Vłodarçik və Rosołek “Legiya” üçün çox vacib oyunçulardır. Əmrəlinin yerinə başqa hücumçumuz olmadığından şikayət etmək istəmirəm”, - Vukoviç söyləyib.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. İngiltərədən hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.