Livanda BMT sülhməramlılarına hücum oldu

Livanda BMT sülhməramlılarına hücum oldu

Livanda BMT sülhməramlılarına hücum olub.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, sülməramlılar İsrail sərhədində çəkilişlər apararkən Ramiya kəndinin bir qrup sakininin hücumuna məruz qalıb.

Sakinlər sülhməramlıları daşıyan avtomobillərin qarşısını kəsib və hərbçilərdən birini yaralayıb.

Üstəlik, maşınlara da zərər verib, bir neçə predmeti oğurlayıblar.

Faktla bağlı cinayət işi açılıb.