Mixeil Saakaşvili: “Məni həbsə atan Poroşenko idi, ancaq mən eyni qədəri ona arzulamıram”  

Mixeil Saakaşvili: “Məni həbsə atan Poroşenko idi, ancaq mən eyni qədəri ona arzulamıram”  

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukrayna dövlətini keçmiş dövlət başçısı Pyotr Poroşenkonu “saxtakar” adlandırıb.

Paralel.az xəbər verir ki, bununla bağlı onun Facebook profilində xüsusi yazı həsr olunub.

Qeyd edək ki, Pyotr Poroşenko Ukraynaya geri dönməzdən qabaq prezident Vladimir Zelenskinin onu Saakaşvili kimi həbsə atdırmaq istədiyini yazmışdı.

“Tələbə yoldaşımın şəxsimi xatırlaması məni riqqətə gətirir. Lakin görünür o, unudub ki, həyatımda ilk dəfə həbsxanaya məhz onun əmri ilə atılmışam. Hakim Larisa Sokol məni azad etdikdən sonra, yenə Poroşenkonun əmrinə müvafiq olaraq təqib edilmişəm”,-deyə gürcü lider bildirib.

Keçmiş prezident sabiq həmkarına eyni qədəri arzulamadığını da qeyd edib. “Mən bir insan olaraq Poroeşnkonun həbsə düşməsini arzulamıram. Ancaq bir halda ki, o, mənimlə bağlı paralellik aparır, deyə bilərəm ki, bu adamla bizim ortaq nöqtəmiz yoxdur”,-deyə Mixeil Saakaşvili yazıb.