“Deyəsən, 15 yaşında olduğunu düşünürsən” - 50 yaşlı aparıcını geyiminə görə biabır etdilər

“Deyəsən, 15 yaşında olduğunu düşünürsən” - 50 yaşlı aparıcını geyiminə görə biabır etdilər

Britaniyalı teleaparıcı 50 yaşlı Amanda Holden London küçələrində aşıq-saçıq geyimdə gəzməsi sosial şəbəkələrdə ciddi tənqidlərə səbəb olub.

Milli.Az xəbər verir ki, müvafiq fotoları Daily Mail dərc edib. Onun büstqaltersiz olması diqqət çəkib. Nəşrin oxucuları şəkillərin altındakı şərhlərdə aparıcının xarici görünüşünü müzakirə etməyə başlayıblar. Onu yaşına uyğun olmayan imicinə görə biabır ediblər. "Allahım, qızlarının xatirinə başınızı örtün", "O, mənim nənəmlə yaşıddır, büstqaltersizdir", "Gülünc görünür", "Deyəsən, 15 yaşında olduğunu düşünürsən" hirsləndilər.

Anar Əli
Milli.Az