Ağ Ev Baydenin Putinlə əlaqə saxlamağa açıq olduğunu bildirib

Ağ Ev Baydenin Putinlə əlaqə saxlamağa açıq olduğunu bildirib

“ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə qarşılıqlı əlaqəyə açıqdır, lakin yeni təmaslarla bağlı hələlik heç bir qərar verilməyib”.

SİA-nın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə bildirib.

Onun sözlərinə görə, Bayden dövlət başçıları səviyyəsində qarşılıqlı fəaliyyətə həmişə açıqdır: “Bayden bunun nə dərəcədə effektiv olduğunu bilir. O, prezident Putinlə dəfələrlə, o cümlədən şəxsən birbaşa və səmimi danışıb. Mən gələcək haqqında heç nə proqnozlaşdıra bilmirəm, təmaslar bu anda davam edir”.

Psaki əəlavə edib ki, Bayden yeniliklərlə bağlı hər gün milli təhlükəsizlik komandası ilə görüşür: “Köməkçiləri ona Putinlə danışmağı tövsiyə edə bilərlər. Belə olan halda, sizə məlumat verəcəyik”.

Qeyd edək ki, bazar ertəsi Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, lazım gələrsə, Rusiya və ABŞ prezidentləri arasında yeni təmaslar baş tuta bilər, lakin hələlik bununla bağlı konkret planlar yoxdur. Onun sözlərinə görə, Rusiya-Amerika təmaslarının davam etdirilməsi qrafiki ilə bağlı suallar Moskvanın təhlükəsizlik təminatı ilə bağlı təkliflərinə yazılı cavabın mətni alındıqdan sonra həll olunacaq.

Xatırladaq ki, Putin və Bayden sonuncu dəfə ötən ilin sonunda telefonla danışıblar.