Bakıda yeniyetmə qızı avtomobil vurdu

Bakıda yeniyetmə qızı avtomobil vurdu

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

2010-cu il təvəllüdlü Əsədli Gülay Rafiq qızı qəfil şosseyə çıxıb. Həmin vaxt onu minik avtomobili vurub. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.