Çin Amerika Birlәşmiş Ştatlarına reaksiya göstәrib

Çin Amerika Birlәşmiş Ştatlarına reaksiya göstәrib

Çin Xarici İşlәr Nazirliyinin sözcüsü Zhao Lijian Yaponiya Baş naziri Fumio Kişida vә Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden arasında baş tutan görüşdә Tayvan, Sincan vә Honkonq mәsәlәlәrinin müzakirә edilmәsinә reaksiya göstәrib.

SİA bu barədə rus mətbuatına istinad edir.

‘‘Xarici qüvvәlәrin daxili mәsәlәlәrimizә müdaxilә etmәsi qәbuledilmәzdir’’,-deyә Zhao Lijian qeyd edib.

Cin hökumәti cümә günü Yaponiya Baş naziri Fumio Kişida vә Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden arasında baş tutan görüşә reaksiya göstәrib.

Çin Xarici İşlәr Nazirliyinin sözcüsü Zhao Lijian onlayn qaydada keçirilәn görüşdә müzakirә olunan mәsәlәlәrә toxunaraq deyib: ‘‘Rәsmi Vaşinqton vә Tokio rәsmi Pekinә qarşı haqsız ittihamlar irәli sürәrәk ölkәnin daxili mәsәlәlәrinә müdaxilә edir.Tayvan, Sincan Muxtar Bölgәsi vә Honkonq ilә bağlı mәsәlәlәrin tamamı Çinin daxili mәsәlәsidir. Xarici qüvvәlәrin daxili mәsәlәlәrimizә müdaxilә etmәsi qәbuledilmәzdir’’.

Yaponiya Baş naziri Fumio Kişida vә Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden arasında onlayn qaydada baş tutan görüşdә rәsmi Pekinin Şәrq vә Cәnubi Çin dәnizlәrindә status-kvonu dәyişdirmәklә bağlı birtәrәfli addımları ilә yanaşı, Honkonq vә Sincan Muxtar Bölgәsindәki vәziyyәt ilә Tayvan boğazında sülh vә sabitliyin tәmin edilmәsi kimi mövzular müzakirә olunmuşdu.

Görüşdә Amerika Birlәşmiş Ştatları ilә Yaponiya arasındakı ittifaqın güclәndirilmәsi ilә bağlı razılıq әldә olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə