Fransada ötən gün koronavirusa 500 mindən artıq yoluxma qeydə alınıb

Fransada ötən gün koronavirusa 500 mindən artıq yoluxma qeydə alınıb

Bakı. Trend:

Fransada ötən sutka ərzində koronavirusa 501 mindən artıq yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Xidmətlərindən bildiriblər.

Məlumata əsasən, bu, pandemiya dövründə qeydə alınan ən yüksək göstəricidir.

Həmçinin son sutka ərzində koronavirusdan 364 nəfər vəfat edib.

Qeyd edək ki, Fransa vətəndaşlarının təxminən 80 faizi koronavirusa qarşı tam peyvənd olunub.