Kiyevdə Təhlükəsizlik Xidmətinin binası yaxınlığında atışma baş verib

Kiyevdə Təhlükəsizlik Xidmətinin binası yaxınlığında atışma baş verib

Ukraynanın paytaxtı Kiyevdə, Təhlükəsizlik Xidmətinin binası yaxınlığında naməlum şəxslər avtomat silahdan atəş açıb.

Paralel.az xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb. Hadisədə iştirakçı olan iki nəfər polis məntəqəsinə aparılıb.

Faktla bağlı cinayət işi açılıb.