9 yaşlı milyonerin lüks həyatı

9 yaşlı milyonerin lüks həyatı

Bahalı avtomobillər, şəxsi təyyarə, villalar...

Balaca Momfa. Dünyanın ən gənc milyonçusu.

Lent.az-ın xəbərinə görə, 9 yaşlı bu nigeriyalının evlərinin və avtomobillərinin sayı-hesabı yoxdur. O lüks avtomobillərdə gəzir, istədiyi ölkəyə xüsusi təyyarə ilə gedir.

Uşaq həm də dəbdəbəli həyatı sevir. O tez-tez bahalı avtomobillərini və evlərini Instagramda nümayiş etdirir. Bu avtomobillər arasında “Rolls-Royce”, “Lamborghini” və “Bentley” də var.

Atası Mustafa vaxtının çoxunu təyyarədə keçirir. O, tez-tez Dubaya iş üçün baş çəkir. Bu günlərdə o, 10 milyon dollar pulun yuyulmasında təqsirləndirilib həbs edilsə də, 500 min dollar girov müqabilində azadlıqdadır.