Mikki Mausun sevgilisi 100 ildən sonra kult qırmızı geyimini dəyişdi - FOTO

Mikki Mausun sevgilisi 100 ildən sonra kult qırmızı geyimini dəyişdi - FOTO

Britaniyalı modelyer, musiqiçi Pol Makkartninin qızı Stella kulta çevrilən cizgi film qəhrəmanı Mikki Mausun sevgilisi Minniyə şalvar “geyindirib”.

Personajın geyiminin yenilənməsi “Disneyland”in Parisdə keçiriləcək 30 illik yubileyinə həsr olunub.

Stella McCartney has designed Minnie Mouse's very first pantsuit, and it's gorgeous 😍 #DisneylandParis30 pic.twitter.com/jKSckBji36

— Disneyland Paris EN (@DisneyParis_EN) January 25, 2022

Qeyd olunur ki, Minni 100 illik tarixində ilk dəfə paltarını dəyişəcək.

Beləki obrazın əynində ağ xallı adi qırmızı donun əvəzinə qara xallı mavi şalvar dəsti olacaq. Minninin başındakı bantın da rəngi dəyişəcək.

Xatırladaq ki, Amerika Pantone Rəng İnstitutunun (Pantone Color Institute) mütəxəssisləri 2022-ci ilin əsas rəngini bənövşəyi-qırmızı alt tonu əlavə edilmiş göy çaları seçiblər.

“Göy rəngin keyfiyyətlərini bənövşəyi-qırmızı rənglə birləşdirən “Pantone 17-3938 Very Peri” enerjili, şən əhval-ruhiyyəni, həmçinin cəsarətli yaradıcılığa və obrazlılığa təşviq edən dinamik varlığı nümayiş etdirir”, - deyə institutun icraçı direktoru Leatris Eysman bildirib.

Mənbə: The New York Post