“Azəriqaz”: Növbəti “Açıq mikrofon” aksiyası Astarada olacaq

“Azəriqaz”: Növbəti “Açıq mikrofon” aksiyası Astarada olacaq

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

İB-dən AZƏRTAC-a bildirilib ki, bu dəfə səyyar qəbul otağı Astara rayonu, Səlivə kəndində təşkil olunacaq. Yanvarın 31-də saat 13:00-dan 15:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.