18 milyard itirən Mask Baydeni “nimdaş corabdan hazırlanmış kukla” adlandırdı - VİDEO

18 milyard itirən Mask Baydeni “nimdaş corabdan hazırlanmış kukla” adlandırdı - VİDEO

“Tesla” qurucusu İlon Mask ABŞ prezidenti Co Baydeni tənqid edib. Səbəb isə Baydenin tərflədiyi elektrik avtomobil isterhsalçıları arasında “Tesla”nın adını çəkməməsi olub.

“Bayden amerikalıları axmaq yerinə qoyur”, - deyə Mask özünün “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Bundan əvvəl Bayden bir tvit dərc edərək, “General Motors” və “Ford” kimi şirkətlərin başqa ölkədə deyil, ABŞ-da daha çox elektrik avtomobili istehsal etdiyini demişdi.

Biden is treating the American public like fools

— Elon Musk (@elonmusk) January 27, 2022

Mask isə Baydenin “Tesla”nın adını çəkmədiyə diqqət yönəltmişdi.

“Bayden – nimdaş corabdan hazırlanmış insan simasında marionetdir”, - deyə “Tesla” rəhbəri əlavə edib.

Xatırladaq ki, yanvarın 27-də “Tesla”nın səhmləri 8,8% ucuzlaşaraq 855,34 dollara düşüb. Nəticədə Maskın sərvəti 18 milyard dollardan çox azalıb.

Buna bir səbəb kimi şirkətin ötən ilin maliyyə nəticələrini açıqlaması göstərilsə də, ekspertlərin sözlərinə görə Baydenin paylaşımının da rolu böyükdür.

Hazırda Maskın varidatı 224,4 milyard dollar təşkil edir. Buna baxmayaraq, Mask yenə də varlıların reytinqində birinci yerdə gedir.

Mənbə: RBK