Yoldaşlarını öldürən Ukrayna əsgər istintaq təcridxanasına göndərildi

Yoldaşlarını öldürən Ukrayna əsgər istintaq təcridxanasına göndərildi

Ukraynanın Dnepr şəhər məhkəməsi Milli Qvardiyanın əsgəri Artem Ryabçük barədə 2 aylıq həbsqətimkan tədbiri seçib.

Lent.az-ın xəbərinə görə, bu barədə RBK-Ukrayna saytı məlumat yayıb.

Qeyd edək ki, Ukrayna Milli Qvardiyanın əsgəri Artem Ryabçük qarovulda olarkən əsgər yoldaşlarına atəş açıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb. Silahla qaçan Artemi tutmaq üçün əməliyyat təşkil edilib.