Kanadanın baş naziri uşaqlarından birinin koronavirusa yoluxması ilə əlaqədar özünü təcrid edib

Kanadanın baş naziri uşaqlarından birinin koronavirusa yoluxması ilə əlaqədar özünü təcrid edib

Bakı. Trend:

Kanadanın baş naziri Castin Trüdo üç uşaqğından birinin koronavirusa yoluxması ilə əlaqədar özünü təcrid edib.

Trend-in məlumatına görə, bu barədə "CTV" telekanalı xəbər yayıb.

Məlumata əsasən, C.Trüdo təcrid olunduğuna görə milli parlamentin bu il yanvarın 31-nə planlaşdırılan ilk iclasında virtual formatda iştirak edəcək.

Baş nazirin uşaqlarında hansının koronavirusa yoluxduğu barədə məlumat verilmir.