Poqba PSJ-yə keçir

Poqba PSJ-yə keçir

PSJ yay transfer pəncərəsi üçün hazırlıqlara başlayıb.

Metbuat.az xəbər verir ki, klubun mövsümün sonundakı əsas hədəfi "Mançester Yunayted"dən Pol Poqbanı sıralarına qatmaqdır. Paytaxt təmsilçisi artıq 28 yaşlı yarımmüdafiəçinin meneceri Mino Raiola ilə danışıqlar aparır.

Qeyd edək ki, "Mançester Yunayted" Poqba ilə müqaviləni yeniləmək istəsə də, iyunçu ilə razılaşa bilməyib.