Şuşanın işğalından 4 ay əvvəlki dərs... — Foto

Şuşanın işğalından 4 ay əvvəlki dərs... — Foto

Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada 30 il əvvəl çəkilmiş foto yayılıb.

“Qafqazinfo” xəbər verir ki, foto 17 yanvar 1992-ci ilə təsadüf edir.

Şuşanın işğalından 4 ay əvvəl çəkilən foto sinif otağında lentə alınıb.

Bu zaman dərs lövhəsinə “Biz, Şuşanın uşaqları” yazılması diqqətdən qaçmayıb.