DÇ-2022: Peru yığması səfərdə Kolumbiyanı məğlub edib

DÇ-2022: Peru yığması səfərdə Kolumbiyanı məğlub edib

Bakı. Trend:

Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Kolumbiya yığması Peru yığmasını qəbul edib.

Trend-in məlumatına görə, oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Oyunda yeganə qolu Edison Flores vurub.

Qeyd edək ki, hazırda Peru yığması qrupda dördüncü, Kolumbiya yığması isə altıncı yerdədir.