Türkiyədə ötən sutka koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Türkiyədə ötən sutka koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 210 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 438 252 nəfər test edilib, rekord sayda - 93 586 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 85 503 nəfər sağalıb.