Rumıniyanın Əmək Nazirliyi: Bu il xarici ölkələrdən 100 min nəfər işləmək üçün gələcək

Rumıniyanın Əmək Nazirliyi: Bu il xarici ölkələrdən 100 min nəfər işləmək üçün gələcək

Rumıniya işçi qıtlığı ilə üzləşib. Belə ki, 100 min əcnəbi işçi ölkəyə yol, nəqliyyat, inşaat, restoran və mehmanxana, çörəkbişirmə sexləri və digər sahələrdə çalışmaq üçün üz tutacaq.

Rumıniyanın Əmək Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, 2021-ci ilin yanvar-avqust ayları ərzində 264 min 983 iş yeri vakantı olub. Bundan əlavə, son bir ildə Rumıniyada əcnəbilərin işə götürülməsi üçün tələb olunan arayışların sayı xeyli artıb.

Qeyd edək ki, Rumıniya Avropa İttifaqına daxil olduqdan və rumınlar İttifaq daxili ölkələrdə, o cümlədən Şenqen ölkələrində işləmək hüququ qazandıqdan sonra, ölkədə fəaliyyət göstərən bir çox şirkətlər işçi qıtlığı ilə üzləşib. Digər ölkələrə gedən rumınların yerinə xaricdən işçi qüvvəsi gətirilsə də, bu, yaranmış işçi qıtlığını tam aradan qaldırmaq üçün kifayət etmir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest