Gözdən əlillərin hərəkətini asanlaşdıran CİHAZ HAZIRLANDI

Gözdən əlillərin hərəkətini asanlaşdıran CİHAZ HAZIRLANDI
Depozit faizini öncədən al!

Gözdən əlillər və görmə qabiliyyəti zəif olan insanlar üçün yeni texnoloji sistem yaradılıb.

Day.Az-ın lent.az-a istinadən məlumatına görə, AI-Co-Pilot adlı sistem Las-Veqasda keçirilən "CES2022" sərgisində təqdim olunub.

3D kameralarla təchiz olunmuş rahat və yüngül yaxalıqdan ibarət bu sistem ətrafı 170 dərəcə bucaq altında skan edə bilir. Daha sonra məlumatları təhlil edir və filtrləyir. İstifadəçini təsirli 3D səslərlə xəbərdar edir.

Bu yaxalıq çəkisi 1 kiloqramdan az istənilən qalınlıqda olan geyimlərin üstünə taxıla bilər. O, tibbi cihazdan çox bel çantasının kəmərinə də bənzəyir.