Bu ölkənin yeni pasportlarında komiks qəhramanları əks olunub - VİDEO

Bu ölkənin yeni pasportlarında komiks qəhramanları əks olunub - VİDEO

Paralel.az xəbər verir ki, Belçikanın ən məşhur komiks seriyasından olan təsvirlər viza və ya sərhəd keçid möhürləri üçün nəzərdə tutulan pasportun 34 səhifəsi üçün fon kimi istifadə olunacaq.

Həmçinin, pasportun birinci səhifəsində Tentenin (Tintin) Aya uçduğu qırmızı raket əks olunub.

XİN-dən bildirilib ki, pasportun etibarlılığını artırmaq və onun saxtalaşdırılmasını çətinləşdirmək üçün komikslərdəki şəkillərdən istifadə olunub. 2007-ci ildəki pasportlarla müqayisədə yeni sənədin təhlükəsizlik elementlərinin sayı 24-dən 48-dək artırılıb.

Qeyd edək ki, Belçikada pasportdan yalnız xarici səfərlər üçün istifadə olunur. Ölkə daxilində isə yalnız plastik şəxsiyyət vəsiqəsi tətbiq edilir.