Bir gündə 12 minə yaxın yoluxma halı qeydə alınıb

Bir gündə 12 minə yaxın yoluxma halı qeydə alınıb

Ötən gün Qazaxıstanda 11 753 nəfərdə koronavirus aşkarlanıb.

SİA xəbər verir ki, bu barədə ölkənin “Kazinform” agentliyi məlumat yayıb.

Bildirilib ki, yoluxma hallarının əksəriyyəti Almatı (2 253) və paytaxt Nur-Sultanın (1 930) payına düşüb. Eyni dövr ərzində 12 533 nəfər xəstəlikdən sağalıb.

Beləliklə, Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 1 216 522-yə, sağalanların sayı isə 1 045 172-yə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə