Sakit okeanda 6,6 bal gücündə zəlzələ olub

Sakit okeanda 6,6 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Sakit okeanda, Kermadek adaları yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri yaxınlığında yaşayış məntəqəsi yoxdur, zəlzələ ocağı isə 33 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.