NATO: Rusiya və Çinin yaxınlaşmasından narahatıq!

NATO: Rusiya və Çinin yaxınlaşmasından narahatıq!

NATO Rusiya və Çinin hərbi-siyasi yaxınlaşmasından narahatdır.

Axar.az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.

O bildirib ki, bu ölkələr Qərb dəyərlərini bölüşmür:

“Rusiya və Çinin yaxınlaşmasını müşahidə edirik. Birgə təlim keçirir, BMT TŞ-də birgə çıxış edirlər. Bu, əlbəttə ki, narahatlıq yaradır. Rusiya və Çin Qərbin demokratiya, hüququn aliliyi, qaydalar üzərində qurulmuş dünya düzənini bölüşmür. Məhz bunlar narahatlıq predmetidir. Bu situasiya NATO vahidliyini daha vacib edir”.