Avropa çempionatı: Azərbaycan millisi həlledici oyuna çıxır

Avropa çempionatı: Azərbaycan millisi həlledici oyuna çıxır

Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində bu gün sonuncu oyununa çıxacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupunun III turunda Bosniya və Herseqovinanı sınağa çəkəcək. Amsterdamdakı "Ziggo Dome" zalında oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Görüşün baş hakimi isveçrəli Daniel Matkoviç olacaq.

İlk 2 turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşan Azərbaycan yığması 1/8 finala yüksəlmək üçün rəqibini böyük hesablə məğlub etməlidir. Amma bu nəticə də milli komandanı qrupdan çıxarmaya bilər. Joze Alesionun komandasının mübarizəni davam etdirməsi üçün qrupun digər oyununda Gürcüstan seçməsi İspaniyaya qalib gəlməlidir. Əks halda, pley-off məhz bu iki kollektiv adlayacaq.

Avropa çempionatı

D qrupu, III tur

29 yanvar

20:30 Azərbaycan - Bosniya və Herseqovina

Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)

Amsterdam. "Ziggo Dome"

20:30. Gürcüstan - İspaniya

Xal durumu: Gürcüstan - 6. İspaniya - 4. Azərbaycan - 1. Bosniya və Herseqovina - 0.

Qeyd edək ki, qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.